Ançelotti "Real" azarkeşlərinə müjdəni verdi - Arda bu matçda oynayacaq

Zədəsini sağaldan Arda Gülerin meydana çıxacağı oyun məlum olub.

Metbuat.az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bildirib ki, Arda Güler La Liqanın 12-ci turu çərçivəsində “Rayo Valyekano” ilə keçiriləcək qarşılaşmada əsas heyətdə yer alacaq. İspaniya mediasının məlumatına görə, Arda Güler start heyətdə meydana çıxmayacaq. Baş məşqçi Ançelotti Ardaya ikinci hissədə şans verə bilər.

Qeyd edək ki, bu oyun noyabrın 6-da “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR