ABŞ-ın Müdafiə Nazirliyi Yaxın Şərqə göndərilən F-16 donanmasının ABŞ Mərkəzi Komandanlığının missiya ərazisinə çatdığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, Pentaqonun açıqlamasına görə, bölgəyə çatan F-16 donanması, nazirliyin daha əvvəl regiona göndərdiyi müdafiə birlikləri ilə birlikdə işləyəcək. Açıqlamada deyilir ki, məqsəd ABŞ qüvvələrinin bölgədəki müdafiəsini təşkil etməkdir.
Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra regiondakı silahlı qruplaşmalar həm İraqda, həm də Suriyada ABŞ qüvvələrinə hücum edib.