Noyabrda Azərbaycanda ödənişlərlə bağlı yeni qanun qüvvəyə minəcək

Azərbaycanda "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun noyabrın 9-dan qüvvəyə minəcək.

Metbuat.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Fintex Forumunda çıxışı zamanı Azərbaycan Fintex Assosiasiyasının sədri Ruslan Talıbov deyib.

O bildirib ki, daha sonra 6 ay ərzində sektorda şirkətlərin lisenziyalaşdırılması prosesi gedəcək.

"Qanunda fintex sektorunun inkişafı ilə bağlı bir neçə əhəmiyyətli addım öz əksini tapıb. Bunlardan biri də açıq bankçılıqdır. "Sand box" xüsusi tənzimləmə rejimi qanuna daxil edilib, təşkilatlara fəaliyyətə başladıqdan sonra Azərbaycan Mərkəzi Bankının nəzarəti altında qanunvericilikdə olmayan xidmətləri göstərmək imkanı yaradacaq", - deyə Ruslan Talıbov əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı