İraq nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan İraq Respublikasının nümayəndə heyəti Fəxri xiyabana gələrək, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüb.

Metbuat.az xəbər verir ki, nümayəndə heyəti sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlib, onların məzarları üzərinə tər güllər qoyub.

Şəhidlərimizin unudulmaz xatirəsini hörmət və ehtiramla anan İraq Respublikasının nümayəndə heyəti “Əbədi məşəl” kompleksini də ziyarət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR