HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları”nın sözçüsü Əbu Ubeyde Qəzzanı bombalayan İsrailə meydan oxuyub.
Metbuat.az xəbər verir ki, o bildirib ki, İsrailin hücumları məqsədinə çatmayacaq. "İstədiyiniz qədər qüvvə ilə gəlin! Tanklarınızla və ya ayağınızla. Qurudan və ya dənizdən. Nə etsəniz, boşa çıxacaq”- Əbu Ubeyde deyib.
Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Ardınca İsrail cavab hücumları təşkil edib. Tərəflər minlərlə itki veriblər.