“Anama “sabahın xeyir” deyə bilmədim...” - Hücumda ölən qadının qızı / VİDEO

Sumqayıtda silahlı hücum zamanı zərərçəkənlərlə bağlı ilkin təfərrüat məlum olub.

Metbuat.az Baku TV-yə istinadən xəbər verir ki, hadisəyə şahid olan qonşular silahlı hücumun necə baş verdiyini danışıblar. Onlar zərərçəkmiş ailənin çox mehriban insanlar olduğunu, hansısa düşmənlərinin olmadığını bildiriblər.

Ailənin qızı Cansu Karakaş anası, babası və nənəsinin yaralandığını görüb və atasını oyadıb: “Mən qışqırdım, atam durdu. Getdi baxdı, sonra “siz çölə çıxmayın” dedi. Qurşun kimi bir deşik var idi, mən gördüm. Tez özü götürüb məhrəbanı qoydu...

Biz həyətə girəndə gördüm dədəm asfaltda yatır. Nənəmi buradan daşıyanda gördüm. Yaralı idi, üstü qan idi bütün. Mən dədəmi qucaqladım, amma anam məni görmədi. Anama “sabahın xeyir” deyə bilmədim...”

Qeyd edək ki, hücumda Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş öldürülüb. Bundan başqa, Tərlan Fərəcova və Türkiyə vətəndaşı Serkan Karakaş yaralanıb. Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da xəsarət alıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Serkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı