Oğuz-Qəbələ-Bakı su kəmərində qəza olub, bəzi ərazilərdə su kəsilib.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Oğuz-Qəbələ-Bakı su kəmərində dünəndən təmir getdiyini bildirib.
"Su kəmərində dünəndən başlayaraq təmir aparılır. Bu gün ya sabah təmir başa çatacaq. Biz suyu anbarlarla tənzimləyirik. Su yol boyu müəyyən müddət bəzi ərazilərdə olmaya bilər.
Bu da böyük ərazini əhatə etmir. Oğuz-Qəbələ-Bakı su kəmərində problem olanda Ceyranbatan su anbarından Hökməlidəki su anbarına çəkdiyimiz xətlə su vururuq. Ordan da əhali normal su ilə təmin edilir", - deyə o qeyd edib.