Sahibə Qafarova Koreya Respublikasında rəsmi səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 31-də Koreya Respublikasının paytaxtı Seul şəhərinə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən xəbərə görə, Seulun “Gimpo” Beynəlxalq hava limanında nümayəndə heyətini Koreya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Suh Byunq Su, Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı