"Neftçi" ilə anlaşa bilməyən Sergen sürpriz seçim etdi - Bu kluba keçir

Türkiyəli məşqçi Sergen Yalçın meydanlara qayıdır.

Metbuat.az xəbər verir ki, Sergen Yalçının “Beşiktaş”la anlaşmaq üzrə olduğu iddia edilir. “Star” qəzetinin məlumatına görə, “Beşiktaş”da prezidentliyə əsas namizəd olan Həsən Arat Sergen Yalçınla razılıq əldə edib.

Qeyd edək ki, 2020-2021 mövsümündə "Beşiktaş"ın çalışdırıcısı olan Sergen Yalçın həmin mövsüm həm Superliqa, həm də Türkiyə Kubokunun qalibi olub. Lakin növbəti mövsümdə uğursuz oyunlara görə, Sergen Yalçın klubdan göndərilib. Sergen Yalçın bundan əvvəl “Neftçi” ilə danışıqlar aparmışdı. İddialara görə tərəflər məvacib məsələsində razılığa gələ bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı