Ançelottidən Arda ilə bağlı yeni qərar - Oynamasını istəmir

Zədəsini sağaldandan sonra məşqlərə başlayan Arda Güler bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Metbuat.az xəbər verir ki, zədələndikdən sonra xüsusi proqramla məşqinə davam edən Arda hələlik start heyətdə yer almayıb. “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bildirib ki, Arda fiziki formasını tam bərpa edəndən sonra meydana çıxacaq. Ançelotti Arda tam hazır olmadan onu meydana buraxmayacağını ifadə edib. Məlumata görə, Ançelotti Ardaya "Bir az daha gözləmək lazımdır" deyə bildirib.

Qeyd edək ki, Arda Gülerin hələ ötən ay meydana çıxacağı barədə iddialar səslənmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR