Azərbaycan millisi dünya çempionatının 1/4 finalında

Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 final oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçilik etdiyi komandanın rəqibi Bolqarıstan yığması olub. Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan millisi yarımfinala yüksəlib. Komanda yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Görüş noyabrın 3-də keçiriləcək.

Azərbaycan - Bolqarıstan - 3:1

Qollar: Vüsal İsayev 28, Rəvan Kərimov, Mirmehdi Rzayev 38 - Vəli Qafarov (avtoqol)

Qeyd edək ki, son Avropa çempionu olan Azərbaycan yığması mundialın G qrupunda mübarizəni maksimum nəticə ilə başa vurub - 3 oyun, 9 xal. Milli qrupda həm Misirə, həm İraqa, həm də Küveytə qalib gəlib. Azərbaycan ötən gün 1/8 finalda Portuqaliyanı məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR