Məşhur futbolçunun atası qaçırıldı - Ölkə ayağa qalxdı

Kolumbiya hökuməti İngiltərənin "Liverpul" klubunda çıxış edən futbolçu Luis Diazın atası Luis Manuel Diaz və anası Cilenis Marulandanın qiyamçı təşkilat Milli Azadlıq Ordusu tərəfindən qaçırıldığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Kolumbiyanın hökumət nümayəndəsi Otty Patinonun açıqlamasına görə, Diaz ailəsi Quajira inzibati bölgəsindəki Barrankas qəsəbəsində qaçırılıb. Onların tapılması üçün təhlükəsizlik qüvvələri 130 polis və 110 əsgərlə genişmiqyaslı əməliyyata başlayıb. Axtarışlar nəticəsində Diazın anası Cilenis Marulanda Barrancas çölündə tapılıb. Kolumbiyanın "El Tiempo" qəzetində dərc olunan xəbərdə qiyamçılar Diazın atasını azad edəcəklərinə dair söz veriblər. Diaz ailəsinin qaçırılması Kolumbiyada sakinlərin etirazına səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR