Futbolçunun atasını azad etmək üçün pul istədilər

İngiltərənin "Liverpul" klubunda çıxış edən kolumbiyalı futbolçu Luis Diazın atası sərbəst buraxılacaq.

Metbuat.az xəbər verir ki, Diazın atası Luis Manuel pul müqabilində sərbəst buraxılır. Kolumbiya hökumətinin açıqlamasına görə, Luis Manuel silahlı üsyançı qrup “Milli Azadlıq Ordusu” tərəfindən qaçırılıb. Təşkilatın nümayəndələri futbolçunun atasını sərbəst buraxacaqlarını bildirib.

Qeyd edək ki, Luis Diazın atası Luis Manuel Diaz və anası Cilenis Marulandan Quajira inzibati bölgəsindəki Barrankas qəsəbəsində qaçırılıb. Onların tapılması üçün təhlükəsizlik qüvvələri 130 polis və 110 əsgərlə genişmiqyaslı əməliyyata başlayıb. Axtarışlar nəticəsində Diazın anası Cilenis Marulanda Barrancas çölündə tapılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı