Qəzzada ölənlərin sayı açıqlandı

İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 9,7 mini keçib.

Metbuat.az xəbər verir ki, bu barədə Qəzza bölgəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 24 808 nəfər isə yaralanıb.

Qeyd edək ki, bundan öncə Qəzza zolağında yaralı fələstinlilərin sayının 14 245 nəfər olduğu bildirilib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı