Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə AR Vəkillər Kollegiyasına və Naxçıvan MR Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 3 saat davam edən imtahanda ümumilikdə 284 nəfər iştirak edib. AR Vəkillər Kollegiyasına sənəd verən 264 namizəddən 54 nəfəri, Naxçıvan MR Vəkillər Kollegiyasına sənəd verən 20 namizəddən 14 nəfəri uğur qazanıb.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.
AR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlər Sənəd Qəbulu Komissiyasına 2023-cü il dekabr ayının 1-dən 29-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
- Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;
- Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
- Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
- Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
- Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
- 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;
- Vəkilin şəxsi məlumat vərəqəsi;
- Tərcümeyi-hal.
Naxçıvan MR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcək.
Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaq.
AR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərin
SİYAHISI
- ABBASLI TOĞRUL ABBAS
- ABBASOV TURAB KAMİL
- ABBASOVA RAZİYYƏ ARZU
- ABDULƏZİMOV CAVİD CAVANŞİR
- AĞAYEVA AYTƏN İLQAR
- AĞAYEVA NURAY ADİL
- AĞCAYEV SƏRVAN İLYAS
- AYDINLI ŞÜKRİYYƏ VÜQAR
- BABAYEV CAVİD ZAHİD
- BABAYEVA ƏSMƏR RÖVŞƏN
- BAĞIROVA ELNARƏ AĞABALA
- CABBAROVA JALƏ SURXAY
- CAMALZADƏ CAVİD ƏHMƏD
- CAVADOVA GÜNAY TAHİR
- CƏFƏROV ELNUR MİRABTALIB
- CƏFƏROV NİCAT MARİF
- DADAŞOV SEYRAN ŞƏMSƏDDİN
- DAVUDLU NƏRMİN VAQİF
- ƏHMƏDOVA LEYLA NİZAMİ
- ƏLİYEV EMİL ZİNYƏDDİN
- ƏLİYEV ƏSƏD NAZİM
- ƏLİYEV İSMAYIL ƏLİMUSA
- ƏLİYEVA NİGAR ZEYNAL
- ƏMİRASLANLI NİCAT PƏNAH
- ƏSGƏROV RUSLAN RÜSTƏM
- ƏZİZLİ FATİMƏ AĞALAR
- HACI-SALMANOV TOĞRUL ADIŞİRİN
- HACIYEV MUSA ÇIRAX
- HƏSƏNOV ORXAN QƏHRƏMAN
- HƏSƏNOVA OFELYA XANLAR
- HÜSEYNLİ ELTAC SADİQ
- İBRƏHİMOV SƏTTAR SABİR
- İSAYEV ELNİZ MÜBARİZ
- İSMAYILOVA SƏBİNƏ İMRAN
- KAZIMLI ƏRTOĞRUL AZƏR
- KƏRİMOV İLKİN CAMAL
- MƏMMƏDLİ AYTAC FƏXRƏDDİN
- MƏMMƏDOV NİCAT VASİF
- MƏMMƏDOV QÜRBƏT MƏMMƏD
- MƏMMƏDOVA LEYLA ŞİRZAD
- MÜTƏLLİMZADƏ SEYMUR SABİR
- NAĞIYEV ŞULAN TOFİQ
- NAĞIYEV ÜLVİ BİLMAN
- NİYAZALI KƏNAN MAHMUD
- ORUCOV BAYRAM TOFİQ
- QAFARLI KAMRAN AĞAMALI
- QASIMLI NURANƏ NURƏDDİN
- QƏHRƏMANOVA AYTAC MÖHSÜM
- QURBANOVA FƏRİDƏ ZAKİR
- RÜSTƏMLİ FUAD MƏHƏMMƏD
- RZAYEVA ESMİRA QURBAN
- ŞİRİNOVA ƏSƏDOVA GÜNEL SOLTAN
- TAĞIZADƏ NİGAR YƏDULLA
- XALIQ ELNUR CABİR
Naxçıvan MR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərin
SİYAHISI
- DÜNYAMALIYEV HAFİZ ZEYNAL
- ƏLİRZAYEV CƏLİL ƏMİR
- ƏLİYEV ADƏM QURBAN
- ƏLİZADƏ-MUSƏVİ AYGÜN ELMAN
- HƏSƏNLİ VÜSAL RZAQULU
- HƏSƏNOV QAFAR RÖVŞƏN
- HÜSEYNOV BƏHLUL YAQUBƏLİ
- MƏHƏRRƏMOV RÜSTƏM YUSİF
- NOVRUZOV ƏLİ FİZULİ
- NUHOV AZAD BƏHRAM
- ÖZTÜRK ATİLLA ƏSGƏR
- QASIMOV ƏZİZ KAMAL
- RƏCƏBOV AZAD İSA
- ŞAHBAZOV ELÇİN AQİL