Hakan Fidan Azərbaycanı təbrik etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə H.Fidan sosial şəbəkə hesabında paylaşım edib.

“Can Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edirəm. Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır. 44 günlük dastansəra mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm.

Qarabağ Azərbaycandır!”, – XİN başçısı qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı