Bu rayonlara qar yağır

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Metbuat.az xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, səhər saatlarına nisbətən küləyin sürəti zəifləyib, 23 m/s qeydə alınıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Bölgələrdə də qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Daşkəsən, Gədəbəy, Şəmkir, Qax, Oğuz, Quba, Aıtıağac, Şəki, Xaltan Mingəçevir, Lənkəran, Astarada arabir yağış, Qusar, Xınalıq, Şahdağda isə qar yağır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit , yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı