Bakıda 8 otaqlı evdə yanğın olub - Xəsarət alanlar var

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 210 m² (hər mərtəbəsi 105 m²) olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində sahəsi 30 m² olan otağın tavanı 20 m² sahədə, 3 ədəd pəncərə çərçivəsi və ev əşyaları qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, yanğın zamanı 1-i uşaq olmaqla 2 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı