Rusiya vətəndaşlarını Qəzza zolağından təxliyə edir

“60-dan çox Rusiya vətəndaşı Qəzza zolağından Rəfah keçid məntəqəsini keçib və hazırda Misirdədir”.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) teleqram kanalında məlumat verilib.

Nazirlik Rusiya diplomatları ilə birlikdə Qəzza zolağından mülki əhalinin təxliyəsi üçün iş təşkil etdiklərini vurğulayıb.

Noyabrın 12-də sərhədi keçən Rusiya Federasiyasının bütün vətəndaşları Qahirəyə (Misir) göndəriləcək. Orada Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qərargahı yerləşdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı