“Gənclik” stansiyası gücləndirilmiş rejimdə işləyəcək

Noyabrın 16-da Azərbaycan milli futbol komandasının AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən Metbuat.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, paytaxtımızda keçirilən kütləvi mədəni tədbirlərlə bağlı “Bakı Metropoliteni” QSC-nin əməliyyat planına uyğun olaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Azarkeşlərin arenaya gediş-gəlişini asanlaşdırmaq, o cümlədən səmti rahat müəyyənləşdirə bilmələri üçün oyunun başlanma saatları ərəfəsində stansiyada növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Qatarların hərəkəti iş günü ərzində adi iş rejiminə uyğun tənzimlənəcək. Bununla belə, gün ərzində nəzarət mexanizmləri tətbiq olunacaq, xüsusən metro istifadəçilərinin oyun başa çatdıqdan sonra təhükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanmaqla, zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri diqqətdə saxlanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı