Dünyanın diqqəti oraya yönəldi - Üsyançılar ölkəni ələ keçirir

Myanmada ordu qüvvələrinə qarşı silahlı əməliyyatlara başlayan silahlı qrupların irəliləməsi davam edir.

Metbuat.az xəbər verir ki, “Üç Qardaş Alyansı” adı altında bir araya gələn Myanma Milli Demokratik Alyansı Ordusu, Buddist Arakan Ordusu və Taang Milli Azadlıq Ordusundan ibarət silahlı qruplar Şan əyalətindən Myanma ordusuna qarşı döyüşməyə başlayıb. “1027-ci əməliyyat” adlı koordinasiyalı hücumlarda silahlı qruplar Şan əyalətində bir çox şəhər və qəsəbəni, 100-dən çox hərbi məntəqə və postu ələ keçirib.

“Üç Qardaş Alyansı”na aid silahlı qruplar Myanma ordusuna qarşı Rakxayn əyaləti ilə Hindistan sərhədində yerləşən Çin əyalətinə hücum edib. Münaqişənin şiddətləndiyi 3 ştatda 90 minə yaxın insanın didərgin düşdüyü, Hindistanın Mizoram əyalətinə 5 mindən çox insanın sığınmağa çalışdığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı