Futbol dünyası təəccüb içində - 3 ildir yoxa çıxan futbolçu qayıtdı

İtaliyanın "Kalyari", "Peruca" və "Yuventus" kimi klublarında çıxış edən Şimali Koreyalı Han Kvanq-Sonq üç ildən sonra meydana çıxıb.

Metbuat.az xəbər verir ki, 3 ildir harada olduğu bilinməyən və meydanlardan uzaq olan Han Kvanq-Sonq Suriya ilə oyunda heyətdə yer alıb. Futbolçu Suriya ilə oyunda Şimali Koreyanın 10 nömrəli formasını geyinib. Onun 3 ildə futbol oynayıb-oynamadığı məlum deyil. Han Kvanq-Song 2017-2019-cu illər arasında İtaliyada çıxış edib, burada “Kalyari”, “Perucia” və “Yuventus”un U23 komandasında çıxış edib. Hücumçu Avropanın ən yaxşı liqalarından birində qol vuran ilk Şimali Koreyalı kimi ölkəsinin tarixinə düşüb. O, bunu 2016-17 mövsümündə "Kalyari"də oynayarkən edib.

"Yuventus"da oynayarkən o, Qətərin "Əl-Duhail" komandası tərəfindən təxminən 7 milyon avroya transfer olunub. "Əl-Duhail" 2020-ci ildə yoxa çıxana qədər futbolçunun son klubu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı