Bayden Qətər əmiri ilə Qəzzada girovların azad olunmasını müzakirə etdi

ABŞ Prezidenti Cozef Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə Yaxın Şərqdəki vəziyyəti və Qəzza zolağında girovların dərhal azad edilməsinin vacibliyini müzakirə edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“İki ölkə liderləri HƏMAS tərəfindən saxlanılan bütün girovların təcili azad edilməsinin zəruriliyini müzakirə ediblər”, - məlumatda bildirilir.

Ağ Ev qeyd edib ki, liderlər Qəzza zolağına humanitar yardım axınının artırılması səylərini və İsrailin yanacaq tədarükünü bərpa etmək qərarı barədə də danışıblar.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı