Blinkenlə çox acı danışdım - Hakan Fidan

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qətər mediasına müsahibəsində amerikalı həmkarı Entoni Blinkenlə görüşünün detallarından danışıb.

Metbuat.az xəbər verir ki, Fidan Blinkenlə çox açıq danışdığını ifadə edib. Hakan Fidanın sözlərinə görə, Türkiyə Qəzzada atəşkəsin tətbiq edilməsini tələb edir. Türkiyəli diplomat bildirib ki, Qəzzadan əhalinin deportasiya edilməsi qəbuledilməzdir.

“Blinkenlə çox açıq danışdım. Biz tam atəşkəs istəyirdik. Dedim ki, əhalinin deportasiyasını qətiyyən qəbul etmirik. İslam ölkələri bu günə kimi əllərində olan bütün diplomatik və humanitar vasitələrdən istifadə edərək problemi həll etməyi seçiblər. Burada, əlimizdə olan bütün diplomatik vasitələrdən istifadə edərək, bölgədən kənarda Fələstin davasını dəstəkləmək və İsrail zülmünə qarşı çıxmaq üçün var gücü ilə çalışırıq” – Hakan Fidan deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı