Qəzzada atəşkəs elan edilir

HƏMAS-ın Siyasi Bürosunun üzvü İzzat ər-Rişk İsraillə atəşkəs razılaşması ilə bağlı Əl-Cəzirə televiziyasına açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, artıq məsələ Qətərin üzərindədir və detalları bu ölkə açıqlayacaq. Rişk razılaşmanın təfərrüatları barədə danışarkən bildirib ki, razılaşmaya uyğun olaraq, yardımların gəlməsi və hər iki tərəfdən qadın və uşaqların azad edilməsi müqabilində atəşkəsdən söhbət gedir.

HƏMAS lideri İsmayıl Haniyə İsraillə atəşkəs razılaşması əldə etməyə yaxın olduqlarını və cavablarını bu məsələdə vasitəçilik edən Qətərə çatdırdıqlarını demişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı