Dolları çökdürəcək həmlə - Milyardlıq saziş imzalandı

Çin və Səudiyyə Ərəbistanı arasında ikitərəfli ticarətdə yerli valyutaların istifadəsi üçün valyuta mübadiləsi sazişi imzalanıb.

Metbuat.az xəbər verir ki, Çin və Səudiyyə Ərəbistanının mərkəzi banklarının məlumatına görə, üç illik razılaşma çərçivəsində 50 milyard yuan (təxminən 6,97 milyard dollar) riyala dəyişdirilə bilər. Razılaşmaya əsasən iki ölkə xüsusilə dolların üstünlük təşkil etdiyi neft ticarətində yerli valyutalardan istifadə etmək imkanı əldə edəcək. Razılaşmanın beynəlxalq bazarda dollara zərbə vuracağı gözlənilir. Məlumata görə, Çin və Səudiyyə Ərəbistanının bu həmləsi dolların beynəlxalq bazarda hökmranlığına təsirsiz ötüşməyəcək.Müqavilənin qarşılıqlı razılaşma əsasında uzadılması variantı var. Müqavilə Çin Xalq Bankı (PBoC) tərəfindən son 10 ildə imzalanmış sayca 30-cu valyuta svop sazişidir. Çin daha əvvəl 2012-ci ildə Yaxın Şərqdə Birləşmiş Ərəb Əmirlikləri, 2014-cü ildə Qətər və 2016-cı ildə Misirlə oxşar sazişlər bağlamışdı. Xarici KİV-lər yazır ki, Çin ABŞ ilə artan iqtisadi və geosiyasi rəqabətdə dollardan asılılığını azaltmaq üçün xarici ticarətdə yerli valyutanın istifadəsini artırmaq istiqamətində addımları intensivləşdirib.

Bildirilir ki, Çin Rusiya-Ukrayna müharibəsindən sonra Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyaların xarici ticarətdə dollardan asılılığın necə pis nəticələrə gətirib çıxara biləcəyini yaxşı təhlil edib.

Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) son illərdə tez-tez faiz artırması dolların dəyərinin beynəlxalq bazarda bahalaşmasına səbəb olub. İnkişaf etməkdə olan iqtisadiyyatlar daha ucuz məzənnəyə çevrilmə xərcləri olan yuana əsaslanan əməliyyatlara müraciət ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı