Rusiyalı aktrisa Polina Menşix Ukraynadan Rusiyaya həyata keçirilən raket hücumu nəticəsində dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, aktyor və rejissor Polina Menşix Moskvanın işğalı altında olan Donetsk vilayətində Rusiya ordusunun tədbirində çıxış edərkən Ukraynanın bombardmanı nəticəsində ölüb.
Rusiya hərbçiləri hücumla bağlı heç bir şərh verməyiblər və digər ölən və ya yaralananlar barədə rəsmi məlumat yoxdur.