Yanğından sonra ölən şəxs Cavidanın dayısıdır

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında dəhşətli yanğın baş verib.

Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər vəfat edib, əraziyə cəlb olunan FHN işçiləri xəsarət alıblar.

Bu gün yanğında vəfat edən şəxs mərhum xalq artisti Ramiz Novruzun oğlu, tanınmış aktyor Cavidan Novruzun dayısıdır.

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı