“Ən yaxşı şeir” müsabiqəsinin qalibləri mükafatlandırılıb

14:12 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 14:11 ]

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyi (AYB) və Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin orqanı olan “Naşir” jurnalının təşkil etdiyi “Ən yaxşı şeir” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, birliyin katibi Rəşad Məcid, millət vəkili Aqil Abbas və başqaları iştirak edib.

 

Xalq yazıçısı Anar mükafat alan şairləri təbrik edib, müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb.

 

Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundov bildirib ki, “Ən yaxşı şeir” müsabiqəsinin nəticələrinə uyğun olaraq ilk onluqda yer alan 10 şairin şeirlərindən ibarət almanax hazırlanıb.

 

Müsabiqənin nəticəsinə görə İbrahimxəlil birinci yerə layiq görülüb.

 

Tədbirdə Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Emin Piri, Həyat Şəmi, Ələmdar Cabbarlı və digərlərinə diplomlar təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR