Qəzzada atəşkəs pozuldu

İsrail və HƏMAS arasında 4 günlük müvəqqəti atəşkəs başlasa da, Tel-Əviv rəhbərliyi vədinə əməl etməyib.

Metbuat.az xəbər verir ki, atəşkəs qüvvəyə mindikdən sonra İsrail ordusu Qəzzaya “Cənubdan şimala getməyin” təhdidləri ilə bağlı vərəqələr göndərərək, Qəzza zolağının cənubundan şimalına qayıtmağa çalışan fələstinlilərə atəş açıb. Hücum nəticəsində 1 nəfər ölüb.

Atəşkəsin ilk dəqiqələrində Qəzzaya təyyarələri havaya qaldıran və minlərlə təhdid bildirişi göndərən İsrail ordusu mesajında bu ifadəyə yer verib: "Müharibə hələ bitməyib. Cənubdan Şimala getməyi düşünməyin. Özünü təhlükəyə atacaqsan. Şimaldan cənuba keçə bilərsən, amma cənubdan şimala keçə bilməzsən”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı