Tokio, 5 iyun, AZƏRTAC`
Yaponiyanın aparıcı “Mitsubishi Corporation” ticarət şirkəti Mərkəzi Asiyada və Yaxın Şərqdə biznesini fəallaşdırmaq məqsədilə kapitalını türk firması ilə birləşdirmək barədə razılıq əldə edib.
İyunun 4-də yapon şirkətinin rəhbərliyi kapitalının “Çalık Holding” şirkətinin törəmə müəssisəsi ilə birləşdirilməsi barədə razılıq əldə olunduğunu bildirib.
Bu tanınmış türk şirkəti Mərkəzi Asiyanın və Yaxın Şərqin 17 ölkəsində biznes əlaqələrinə malikdir. Şirkət əsasən, elektrik stansiyaları və kimya sənayesi müəssisələri kimi infrastruktur layihələri istiqamətində çalışır.
“Mitsubishi” şirkətinin rəhbərliyi bu şəbəkə vasitəsilə əsas elektrik layihələrini irəli aparmaq niyyətindədəir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio