Gənc müəllim qəfil vəfat etdi - FOTO

Gəncədə evdən meyit tapılıb.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.

Sözügedən ünvanda yaşayan 1993-cü il təvəllüdlü Elzar İsmaylov telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib. Bu səbəbdəndə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 xidmətinə məlumat verilib.

Hadisə yerinə gələn FHN xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə evin qapsını açıblar. Mənzilə baxış keçirildikdə Elzar İsmaylovun meyiti evin vanna otağından aşkarlanıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. İlkin məlumata görə 30 yaşlı E.İsmayılov ürək tutmasından vəfat edib.

Qeyd edək ki, E.İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbin sinifdənxaric, məktəbdənkənar işlər üzrə təşkilatçısı olub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı