Yay aylarında ölkə ərazisində 147 daşqın hadisəsi olub.
Metbuat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəsi Nazim Mahmudov deyib.
O bildirib ki, bu ölkə tarixində rekord göstəricidir.
“Bütün bunlar iqlim dəyişikliyi fonunda baş verir”,- deyə o qeyd edib.