Qurbanovun uşaqlığını oynayan klub prezidentinin oğlu imiş - FOTO

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmində baş məşqçinin uşaqlığını canlandıran rolun ifaçısının kimliyi maraq doğurub.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin rolun ifaçısı “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlovun oğlu Amin Adıgözəlovdur.

9 yaşlı A.Adıgözəlov, həm də “Sabah” klubunun aşağı yaş qruplarında futbol oynayır.

Qeyd edək ki, ötən gün baş tutan filmin təqdimatından sonra Q. Qurbanov klub prezidentinin oğlunu oynadığı rola görə təbrik edərək qucaqlayıb.

Fotoda Maqsud Adıgözəlov




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı