İsrail ordusu Qəzzanın cənubunda hərbi əməliyyatlara başladı

İsrailin Baş Qərargah rəisi Herzi Halevi, Qəzza zolağının şimalında olduğu kimi cənubunda da döyüşdüklərini və HƏMAS komandirlərini hədəf aldıqlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusundan yazılı açıqlama verilib. Herzi Halevi, Qəzza diviziyasında İsrail əsgərləri ilə görüşü zamanı bildirib ki, Qəzzanın şimalında HƏMAS-ın iki briqadası tam olmasa da, dağılıb. “Qəzza zolağının şimalında güclü qüvvə var, və biz geniş şəkildə döyüşdük və indi bunu Qəzza zolağının cənubunda da edirik” - Herzi Halevi deyib.

Həmçinin, İsrail Ordusu Radiosunun paylaşdığı xəbərdə ordunun Qəzza zolağının cənubunda quru əməliyyatı keçirməyə başladığı bildirilib. Xəbərdə İsrail ordusunun zirehli bölmələrinin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin şimalında HƏMAS hədəflərinə hücum etməyə başladığı qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı