​Bu rayonda qaz olmayacaq

Qaradağ rayonu, Ələt qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı 29.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Metbuat.az-a “Azəriqaz”dan məlumat verilib.

Qeyd olunub ki, həmçinin alternativ mənbədən istehlakçıların qaz təchizatının təmin olunması nəzərdə tutulur. Əks təqdirdə Qaradağ rayonu, Qobustan və Ələt qəsəbələrinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı