“Qəssam Briqadaları” İsrail əsgərlərinə hücum etdi

HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Qəzza zolağının mərkəzində 60 İsrail əsgərinin yerləşdiyi məntəqəni hədəf aldıqlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Qəssam Briqadaları” tərəfindən yazılı açıqlama verilib. Açıqlamada “Mücahidlərimiz 3 ədəd piyada əleyhinə partlayıcını dairəvi şəkildə yerləşdirərək, Qəzza zolağının Cuhr əl-Dik bölgəsinin şərqindəki məntəqədə 60 işğalçı əsgərin yerləşdirildiyi nöqtədə işə salıblar” deyə bildirilib.

Açıqlamada deyilir ki, “Qəssam Briqadaları” üzvləri partlayışdan sonra bölgəyə hücum edərək əsgərləri ikinci dəfə hədəfə alıblar və çox sayda əsgər həlak olub. Hücumdan sonra mücahidlərin mövqelərinə geri çəkildikləri qeyd edilib. Məsələ ilə bağlı İsrail hələlik açıqlama verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı