Çin və ABŞ üz-üzə gəldi - Ada ətrafında gərginlik

Çin və Filippin arasında suverenlik mübahisələrinin olduğu Spratli adaları yaxınlığında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin üzməsi gərginliyə səbəb olub.

Metbuat.az xəbər verir ki, Çin "USS Gabrielle Giffords" adlı gəminin əraziyə qanunsuz daxil olduğunu iddia edərkən, ABŞ gəminin beynəlxalq sularda üzdüyünü irəli sürüb. Çin Xalq Azadlıq Ordusunun Cənub Cəbhəsi Komandanlığının açıqlamasına görə, ABŞ hərbi gəmisi bölgəyə icazəsiz girərək Çinin suverenliyini və təhlükəsizliyini pozub. Bəyanatda ABŞ-ın həmləsinin beynəlxalq hüquqa və beynəlxalq münasibətləri tənzimləyən əsas normalara zidd olduğu iddia edilib.

Bildirilib ki, bu, ABŞ-ın Cənubi Çin dənizində sülh və sabitliyə ən böyük təhlükə olduğunu açıq şəkildə nümayiş etdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı