Baydenə qarşı impiçment prosesini başlatmaq üçün səsvermə keçirilir

ABŞ-ın Nümayəndələr Palatasında çoxluğa sahib olan respublikaçılar Prezident Co Baydenə qarşı impiçment prosesini başlatmaq üçün hərəkətə keçiblər.

Metbuat.az xəbər verir ki, bununla bağlı Nümayəndələr Palatasında səsvermə keçiriləcək. Sənəd qəbul olunarsa impiçment prosesini başlatmaq üçün araşdırmalar başalayacaq. Nümayəndələr Palatasının Respublikaçı spikeri Mayk Conson mətbuat konfransında bildirib ki, səsvermə ilə Nümayəndələr Palatasında Baydenə qarşı impiçment təhqiqatı rəsmi olaraq başlana bilər.

Johnson, "Bu, Prezident Co Baydenə qarşı impiçment səsverməsi deyil, ona qarşı impiçment prosesinin davam etdirilməsi ilə bağlı səsvermədir və bu, konstitusiya zərurətidir" deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı