Lənkəranda 60 yaşlı qadın ilk dəfə ana oldu

Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşı qadın uşaq dünyaya gətirib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin sosial şəbəkə hesabında yayılıb.

Bildirilib ki, Lənkəran rayon Bürcəli kənd sakini 1963-cü il təvəllüdlü Səfərova Ayaxanım İltifat qızı hamiləliyin 37-ci həftəsində, dekabrın 5-də qeysəriyyə yolu ilə çəkisi 3100 qr., boyu 49 sm olan qız uşağı dünyaya gətirib.

Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı