“Zirə”nin baş məşqçisi cəzalandırıldı

“Zirə”nin əvəzedici komandasının baş məşqçisi Zaur Həşimov cəzalandırılıb.

Metbuat.az xəbər verir ki, buna 42 yaşlı mütəxəssisin Əvəzedicilər Liqasının XV turunda “Neftçi-2” ilə oyunun 10-cu dəqiqəsində qırmızı vərəqə alması səbəb olub.

Hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alan Zaur Həşimov 2 matçlıq cəzaya məruz qalıb. Həmçinin klub 150 manat cərimə ödəməli olacaq.

Qeyd edək ki, “Zirə-2” – “Neftçi-2” oyunu ikincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı