Azərbaycanda bu evlər dövlət tərəfindən təmir olunacaq

Azərbaycanın bir sıra ərazilərində salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzillər təmir olunacaq.

Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar sifarişçi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir.

Belə ki, təmir işləri Bakı şəhəri, Abşeron, Saatlı, Füzuli, Biləsuvar, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzilləri əhatə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı