Bakıda avtomobildən 16 min manat və 2 min dollar oğurlandı

Bakıda avtomobildən oğurluq edilib.

DİN-dən Metbuat.az-a verilən xəbərə gprə, dekabrın 1-də Hövsan qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 16000 manat və 2000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif üsul və vasitələrlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 1994-cü il təvəllüdlü E.Miriyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR