Erməni diversanta hökm oxundu - YENİLƏNİB

Prosesdə hökm oxunub.

Metbuat.az xəbər verir ki, hökmə əsasən, Voskanyan Qaqik Aşotin 18 il müddətə azadlıqdan məhrum edilib.

O, təyin olunmuş cəzanın 5 ilini qapalı, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

15:25

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Voskanyan Qaqik Aşotinin verilmiş ittihamlarla təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Hazırda təqsirləndirilən şəxsin vəkili Dilsuz Məmmədov müdafiə çıxışı edir.

Gün ərzində hökm elan ediləcəyi gözlənilir.

11:02

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Metbuat.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə hakim təqsirləndirilən şəxslərə yenidən hüquqlarını izah edib.

Məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu İstisu kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədi pozulub.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri tərəfindən kəşfiyyat-diversiya üzvü Voskanyan Qaqik Aşoti ələ keçirilib.

Saxlanılan zaman onun üzərində xeyli sayda silah-sursat aşkarlanıb. O, tərksilah olunan zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşlarına silahlı müqavimət göstərərək onları öldürməyə cəhd edib.

Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 29.120(qəsdən adam öldürməyə cəhd),228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ittiham verilib.

O, ittiham üzrə özünü təqsirli bilməyib.

Hakim elan edib ki, təqsirləndirilən şəxsə verilən ittihamlar üzrə bir maddə üzrə ömürlük, digər maddələr üzrə isə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Proses davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı