"YAŞAT" Fondunun xərclədiyi vəsaitin həcmi açıqlandı

"YAŞAT" fondunun 3 il müddətində xərclədiyi vəsaitin həcmi açıqlanıb.

Metbuat.az xəbər verir verir ki, bu barədə "YAŞAT"ın rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında məlumat verib.

O bildirib ki, xərclər 4 istiqamət üzrə aparılıb və 79 484 043.94 manat təşkil edib.

Qeyd edilib ki, ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 568 yaralı olmaqla ümumilikdə 17 861 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 14 785 şəxsin 46 868 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 43 069-dır.

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 42 153 250.00, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri 2 424 635.03, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması 7 011 408.82, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 27 394 750.09 manat xərclənib.

27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 111 şəhid övladı ilə bağlı Fond tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı