Bakıda restorandakı yanğın söndürüldü - YENİLƏNİB / VİDEO

Bakı şəhərinin Səbail rayonu, Xəqani küçəsində ictimai iaşə obyektində yanğın baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Restoran yanğından mühafizə olunub.

12:14

Paytaxtın mərkəzində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın Səbail rayonu, Xəqani küçəsində başlayıb.

Ətraflı məlumat veriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR