Bakıda 5 min manat oğurlayan əcnəbi vətəndaş saxlanılıb.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin 5 000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.