Avtomobil iki əmioğlunu vurdu, biri öldü

Hacıqabul rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə saat 20 radələrində Hacıqabul rayonu Udulu kəndi ərazisində qeydə alınıb. "VAZ" markalı avtomobil iki əmioğlunu, Udulu kənd sakinləri - 18 yaşlı Qocayev Pünhan Ehtiram oğlu və 19 yaşlı Qocayev Əli İlqar oğlunu vurub. Pünhan Qocayev hadisə nəticəsində ölüb. Xəsarət alan Əli Qocayev isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR