HƏMAS-ın komandirlərindən biri zərərsizləşdirildi

İsrail ordusu HƏMAS-ın komandirlərindən birini zərərsizləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama verib. Bildirilib ki, Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində HƏMAS-ın komandirlərindən olan Emad Karika ölüb.

O, “Şecayya” tağımının komandiri kimi tanınıb. Emad Karikanın sələfi Vessam Farxat da İsrail ordusu tərəfindən döyüşlərdə öldürülmüşdü.

“Şecayya” tağımı Qəzza zolağında bir sıra terror aktına görə məsuliyyəti üzərinə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı