​“Fənərbaxça” və “Qalatasaray" istədi - Bu klub alır

“Fənərbaxça” və “Qalatasaray”ın heyətinə qatmaq istədiyi “Mançester Siti”də çıxış edən Kalvin Fillips təklifi geri çevirib.

Metbuat.az xəbər verir ki, futbolçunun daha iddialı klubda oynamaq istədiyi irəli sürülür. ”The Sun” qəzetinin məlumatına görə, İngiltərə nəhəngi "Mançester Yunayted" və İtaliya nəhəngi "Yuventus" Kalvin Fillipsi transfer etmək üçün hərəkətə keçib. “La Gazzetta Dello Sport”un məlumatına görə, “Yuventus” futbolçunu transfer etmək üçün yaxşı təklif irəli sürüb.

“Mançester Siti”də əsas heyətə girməkdə çətinlik çəkən Kalvin Fillipsin transfer dəyəri 28 milyon avrodur. Bu mövsüm cəmi 8 matçda meydana çıxa bilən ingilis futbolçu özü də komandadan ayrılaraq mütəmadi forma geyinə biləcəyi kluba transfer olmaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı